EN

Təcrübəli müdafiəçi Silva yenidən Avropada

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Braziliya futbolunun simvolik simalarından olan Tyaqo Silva karyerasında yeni mərhələyə start verir. 41 yaşlı müdafiəçi Portuqaliyanın köklü klubu Porto ilə anlaşma əldə edib.

"Unikal" xəbər verir koi müqavilə 2026-cı ilin iyun ayınadək qüvvədə olacaq. Tərəflər razı qaldığı halda, sözləşmənin 2027-ci ilin yayına qədər uzadılması nəzərdə tutulur.

Məlumata əsasən, “Porto”nun çalışdırıcısı Andre Villas-Boaş təcrübəli mərkəz müdafiəçisinin komandaya cəlb olunmasında israrlı mövqe sərgiləyib.

Xatırladaq ki, Silva son olaraq Braziliyanın Fluminense klubunda çıxış edib və azad agent statusu ilə ayrılıb. O, bu komandada 212 qarşılaşmada forma geyinib, 19 dəfə fərqlənib və kapitan kimi liderlik edib. “Fluminense” ilə Braziliya Kubokunu qazanması da karyerasının önəmli səhifələrindəndir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
63
2
unikal.az

3Sources