EN

Qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada öldü

Qaxda qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada ölüb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Qax şəhərindəki qəbiristanlıqda 1981-ci il təvəllüdlü Ruslan Məmmədov huşsuz vəziyyətdə tapılıb. O, təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb, amma həyatını xilas etmək mümkün olmayıb.

R.Məmmədovun içki aludəçisi olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Chosen
92
far.az

1Sources