ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Tottenhem" İngiltərə Premyer Liqasında antirekorda imza atıb.
Bakıvaxtı.az-ın "Squawka"ya istinadən məlumatına görə, bu, London təmsilçisinin XVII turda "Liverpul"a məğlub olması ilə (1:2) reallaşıb.
Komanda çempionat tarixində ilk dəfə bir təqvim ilində 11 ev matçında uduzub.
Paytaxt klubu 2025-ci ildə doğma meydandakı qarşılaşmalarda mümkün 54 xaldan 15-ni toplaya bilib.
Qeyd edək ki, "Tottenhem" hazırda İngiltərə Premyer Liqasında 22 xalla 13-cü pillədə qərarlaşıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.