EN

Səudiyyə Ərəbistanında nadir hadisə – Səhraya qar yağdı

BAKI, 21 dekabr. TELEQRAF

Səudiyyə Ərəbistanında qeyri-adi hava şəraiti müşahidə olunub-ölkənin bir sıra bölgələrində qar yağıb, hətta səhrada belə qar yığınları əmələ gəlib.

Teleqraf-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, yerli sakinlər nadir təbiət hadisəsini heyranlıqla qarşılasalar da, kəskin soyuq, yollarda buzlanma və nəqliyyatda yaranan çətinliklərdən şikayətlənirlər.

Hava şəraitinin pisləşməsi ilə əlaqədar paytaxt Ər-Riyadda məktəblər müvəqqəti olaraq distant tədris rejiminə keçirilib.

Chosen
25
1
teleqraf.com

2Sources