EN

Salah komanda yoldaşlarından üzr istəyib

“Liverpul”un yarımmüdafiəçisi Kertis Cons bildirib ki, Məhəmməd Salah “Lids”lə oyundan sonra mübahisəli müsahibəsinə görə komandadan üzr istəyib.

Publika.az xəbər verir ki, onun sözlərini “Sky Sports” yayıb.

“Mo müstəqil bir insandır və öz fikrini deyə bilir. O, bizdən üzr istədi və dedi ki, “Əgər kimisə incitmişəmsə və ya onları narahat etmişəmsə, üzr istəyirəm”. O, məhz belədir”, – futbolçu bildirib.

İngilis əmindir ki, bu cür emosiyalar yüksək ambisiyalardan qaynaqlanır:

“Deyə biləcəyim tək şey odur ki, mən Monu tanıyıram, onun bizimlə necə davrandığını və vəziyyəti necə idarə etdiyini bilirəm. O, pozitiv idi. O, eyni Mo idi, üzündə böyük bir təbəssüm var idi və hamı ona qarşı eyni cür yanaşırdı. Düşünürəm ki, bu, sadəcə qalib olmaq istəyinin bir hissəsidir və düşünmürəm ki, bu, sonuncu olacaq”.

Chosen
104
publika.az

1Sources