EN

“Çelsi”nin müdafiəçisi İtaliya nəhənglərinin hədəfində

BAKI, 21 dekabr. TELEQRAF

“Çelsi”nin müdafiəçisi Aksel Disasi ilə “Roma”, “Milan”, “Nyukasl” və “Vest Hem Yunayted” klubları maraqlanır.

Teleqraf xəbər verir ki, bu barədə “Milan News 24” nəşri məlumat yayıb.

Sözügedən klublar 27 yaşlı fransalı futbolçunun mümkün transferi ilə bağlı artıq sorğu göndəriblər. Bununla yanaşı, baş məşqçi Enso Mareskanın gələcək planlarına daxil olmayan futbolçu üçün icarə variantı da nəzərdən keçirilir.

Hazırda Disasi komandanın əsas heyətindən ayrı məşq edir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Qeyd edək ki, cari mövsümdə Disasi “Çelsi”nin əsas komandasında heç bir oyunda meydana çıxmayıb. Müdafiəçinin London klubu ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Chosen
15
2
teleqraf.com

3Sources