EN

Muslera Argentinada 2-ci, 2025-də 4-cü titulunu qazandı

Argentinada Çempionlar Kubokunun qalibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Apertura çempionu ilə klausura çempionunun üz-üzə gəldiyi bu turnir sayca 6-cı dəfə keçirilib. Buenos-Ayresdə yerləşən ''San Nikolas'' stadionunda keçirilən oyunda ''Platense'' ilə Fernando Musleranın şərəfini qoruduğu ''Estudiantes'' qarşılaşıb.

''Platense'' 49-cu dəqiqədə Franko Zapiola ilə önə keçsə də, Lukas Alario 79 və 90+1-ci dəqiqədə vurduğu qollarla ''Estudiantes''ə əzmkar qələbə qazandırıb. Beləliklə, ''Estudiantes'' ardıcıl 2-ci dəfə bu turnirin qalibi olub. Bununla da Muslera Argentina karyerasında bir həftədə ikinci tituluna sahib çıxıb.

''Estudiantes'' bir neçə gün öncə iyul-dekabr aralığında keçirilən klausuranın çempionu olmuşdu. Özü də həlledici oyunda Muslera iki penalti dəf etmişdi! Ümumilikdə 39 yaşlı qapıçı 2025-ci ildə 4-cü titulunu qazandı.

Məlum olduğu kimi uruqvaylı qapıçı uzun illər ''Qalatasaray''ın şərəfini qoruyub və bu ilin yayında Argentinaya yollanmaq qərarına gəlib. Muslera bu il ''Qalatasaray''la həm də ölkə çempionluğunu və ölkə kubokunu qazanmışdı.

Chosen
57
1
football-plus.az

2Sources