EN

Əzmkar qələbə qazandıq Elmar Baxşıyev

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 16-cı turunda "Şamaxı" üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib.

QOL.az xəbər evrir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında danışan mütəxəssis qarşılaşmanın gərgin keçdiyini bildirib:

"Ağır oyun alındı. Meydançada gərgin mübarizənin şahidi olduq. Rəqibimiz "Şamaxı" da yaxşı və mobil komandadır. Bu gün futbol adına maraqlı oyuna şahidlik etdik".

Baş məşqçi futbolçularını təbrik edərək gələcək hədəflərdən də söz açıb:

"Komandamı bu əzmkar qələbə münasibətilə, həmçinin qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildən etibarən daha yaxşısını və daha artığını etməyə çalışacağıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
8
qol.az

10Sources