EN

Rusiyalı sahibkar Putinə “pirojki” göndərdi Video

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Lyubertsı vilayətindəki “Maşenka” çörəkxanasının sahibi Denis Maksimov Rusiya Prezidenti Vladimir Putinə “birbaşa xətt” proqramından sonra maraqlı hədiyyə yollayıb.

“Qafqazinfo” xəbər verir ki, o, Putinə vitrin məhsullarını-“pirojki” və digər bişmiş məmulatlar göndərib.

Maksimov bildirib ki, həmin gün prezident üçün xüsusi məhsul bişirməyə vaxt olmayıb. Ona görə çörəkxanada vitrin məhsulları seçilib — kələmli, kartoflu, soğanlı və yumurtalı “pirojki”, təzə çiyələk və albalı ilə hazırlanmış qat-qat və pendirli piroqlar:  

“Bu, bizim çörəkxanamız üçün böyük bir şərəfdir”.

O qeyd edib ki “Birbaşa xətt” proqramı saat 13:00-da başlayıb və bir neçə saat sonra prezidentə bişmiş məhsullar göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
110
3
qafqazinfo.az

5Sources