"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında iştirak etdi:
"Ağır oyun alındı. Meydançada yaxşı mübarizənin şahidi olduq. "Şamaxı" da yaxşı komandadı. Bu gün futbol adına yaxşı oyuna şahidlik etdik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Əzmkar qələbə qazandıq. Onları qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildə daha yaxşısını, daha da artığını etməyə çalışacağıq".