Britaniya yəhudilərinin əksəriyyəti bu ölkədə gələcəklərinin olmadığına inanır.
Azreform.info xÉ™bÉ™r verir ki, ölkÉ™ni tÉ™rk etmÉ™yi düşünÉ™nlÉ™rin nisbÉ™ti bir ildÉ™ 11 faiz bÉ™ndi artaraq 50%-dÉ™n 61%-É™ çatıb.Â
Sorğuya görə, respondentlərin 51%-i Britaniyadakı ailələri üçün gələcəyi görmədiklərini bildirib. Bir il əvvəl respondentlərin 37%-i belə düşünürdü. Bundan əlavə, respondentlərin 51,2%-i yəhudilərin bütövlükdə Avropada uzunmüddətli gələcəyinin olmadığına inanır. Yalnız 20,1%-i Avropada özləri üçün bir gələcək gördüklərini bildirib.
Britaniya yəhudilərinin böyük əksəriyyəti - 79,9%-i - Leyborist hökumətinin yəhudi icmasına mənfi təsir göstərdiyinə inanır. Respondentlərin yalnız 4%-i onun fəaliyyətini müsbət kimi qiymətləndirib.
Respondentlər həmçinin dövlət qurumlarına qarşı dərin inamsızlıqlarını ifadə ediblər. Onlar hesab edirlər ki, Britaniyada heç bir struktur yəhudi icması üçün lazımi qoruma təmin etmir. Hökumətin bu məsələ ilə bağlı mənfi reytinqi 92,5%, polisin reytinqi 82,9%, məhkəmə sisteminin reytinqi isə 71% olub.
Elvin
Azreform.info