EN

Alonso Vinisiusun fitə basılmasından danışdı

“Real”ın baş məşqçisi Xabi Alonso La Liqanın 17-ci turunda “Sevilya” ilə oyunda (2:0) Vinisius Juniorun azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, ispanuyalı mütəxəssis azarkeşlərin suveren və öz fikirlərini ifadə etmək hüququna malik olduqlarını bildirib:

“Əlbəttə ki, azarkeşlər suverendir və öz fikirlərini bildirmək hüququna malikdirlər. Bugünkü matç çətin keçdi, çünki biz ona necə yanaşdıq. Biz inkişaf edə bilərik və bunu başa düşürük, amma komandanın hazırkı formasını qiymətləndirirəm. İndi bu fasilədən istifadə edərək istirahət edəcəyik və gələn ilə inamla başlayacağıq”.

Braziliyalı hücumçu 83-cü dəqiqədə əvəzlənərək ehtiyat oyunçular skamyasına doğru gedərkən azarkeşlər tərəfindən fitə basılıb. Vinisius fanatların bu reaksiyasına heç bir cavab verməyib.

Chosen
51
4
publika.az

10Sources