Türkiyə Super Liqasında 17-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, bu gün daha 3 görüş olub.
“Alanyaspor” evdə “Karagümrük”ə, “Göztəpə” “Samsunspor”a, “Qalatasaray” isə “Kasımpaşa”ya qalib gəlib.
21 dekabr
"Alanyaspor" – "Karagümrük" - 2:0
Qollar: Hvanq, 13. G.Yalçın, 58.
"Qalatasaray" – "Kasımpaşa" - 3:0
Qollar: Y.Akgün, 10. Q.Sara, 82. M.İkardi, 88.
"Göztəpə" – "Samsunspor" - 2:0
Qollar: A.Kurtulan, 23; 68.
Turnir cədvəlinə 42 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 39 xalla 2-ci, "Trabzonspor" isə 35 xalla 3-cüdür.