Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron yeni nəsil nüvəaviadaşıyıcısının inşasını nəzərdə tutan proqramın rəsmi şəkildəbaşladığını elan edib.
Trend-in“Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu açıqlamaMakronun Əbu-Dabidə yerləşən hərbi bazada fransız hərbçilərqarşısında çıxışı zamanı səsləndirilib.
Yeni aviadaşıyıcı Fransa Hərbi Dəniz Qüvvələrinin hazırkıflaqmanı olan “Şarl de Qoll” gəmisini əvəz etmək üçün inşaediləcək.
Prezident bildirib ki, “iri miqyaslı layihə”nin həyatakeçirilməsinə başlanması ilə bağlı qərar məhz bu həftə qəbulolunub.
“Porte-Avions Nouvelle Génération” adlanan proqramın ümumidəyəri təxminən 10,25 milyard avro həcmində qiymətləndirilir.
Qeyd olunur ki, yeni aviadaşıyıcı indiyədək Avropada tikilmiş ənböyük hərbi gəmi olacaq və K22 tipli iki nüvə reaktoru ilə təchizediləcək.
Gəminin 2038-ci ildə xidmətə verilməsi nəzərdə tutulur.