EN

Qapılar açılır... 5 min nəfər azadlığa çıxır

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentin qəbul etdiyi Amnistiya aktının icrasına başlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, bu saatlardan etibarən cəzaçəkmə müəssisələrindən məhkumların azad edilməsinə start verilir.

Bu, ən böyük Amnistiya aktı hesab olunur. 20 min məhkuma şamil olunacaq sənədə əsasən, 5 minə yaxın şəxs həbs cəzalarından tam azad ediləcək.

Həmçinin azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 minə yaxın məhkumun cəzası 6 ay azaldılacaq.

Qalan hissə isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan və azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilənlərə aiddir. 

Ədliyyə Nazirliyi bu qərarı 4 ay ərzində icra etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
3
qafqazinfo.az

6Sources