
Qazaxıstanda Keleş çayı üzərində körpü uçub. Qazaxıstanın "Türküstan vilayəti"nin "Keles rayonu"na bağlı Koşkarata kəndi ərazisində Keleş çayı üzərində yerləşən körpü dekabrın 18-də uçub.Ulusum.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisədən əvvəl körpüdə çatlar müşahidə edildiyi üçün nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılmışdı. Qəza nəticəsində xəsarət alan olmayıb.İlkin araşdırmaya əsasən, körpünün uzun müddət istismarı və su axınının dayaq dirəklərinə təsiri uçmaya səbəb olub. Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.R.Daşdəmirova
Diqqət Çəkənlər
Azərbaycan–Özbəkistan rəssamlarının dostluq sərgisi
"Sevginin vətəni yoxdur" tamaşası teatrsevərlərlə görüşdü
Yaşla bağlı əzələ zəifliyinin qarşısını alan zülal kəşf edildi