EN

Şəkidə canavar kəndə hücum edib 5 nəfəri yaraladı VİDEO YENİLƏNİB

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbərə video əlavə edilib.

***

00:18

Şəki rayonunun Bideyiz kəndi ərazisində canavarın hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə dekabrın 20-si saat 23 radələrində baş verib.

Canavar kənd sakinləri 1998-ci il təvəllüdlü Nazilə Qurbanova, 1976-cı il təvəllüdlü Sevinc Qurbanova, 1973-ci il təvəllüdlü Gündüz Lətifov, 1998-ci il təvəllüdlü Fariz Lətifov və 2020-ci il təvəllüdlü Zaur Qurbanova hücum edərək xəsarət yetirib.

Xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
7
lent.az

8Sources