EN

Canavar hücumuna məruz qalan şəxslərin SON DURUMU

Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərin vəziyyəti açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiaynı Şəki Rayon Mərkəzi Xəstəxanası yayıb.
 

Bildirilib ki, dekabrın 21-i saat 22:50 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbilə 5 nəfər (3 kişi, 2 qadın) hospitalizasiya olunub.


Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri orta ağır olan 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb. (Qafqazinfo.az)

Bizim.Media

Chosen
45
7
bizim.media

10Sources