EN

Pilot UFO müşahidə EDİB

Ajans.az xəbər verir ki,hadisə barədə The New York Post məlumat yayıb. Mənbənin məlumatına görə, hadisə 27 oktyabr tarixində baş verib. Altı nəfərlik Piper PA-32RT-300T Turbo Lance II təyyarəsinin kapitanı hava nəqliyyatı idarəsinə 3500 fut (təxminən 1000 metr) hündürlükdə uçarkən qarşılaşdığı obyektin "heyrətamiz" göründüyünü bildirib. Pilot qeyd edib ki, obyekt hərəkətsiz görünürdü. Hava nəqliyyatı idarəsi əməkdaşları pilotdan obyektin dron və ya şar ola biləcəyini soruşduqda, o, obyektin havada sərbəst uçduğunu və heç nəyə bağlı olmadığını bildirib. İdarənin əməkdaşları isə cavab olaraq “Qorxunc! Yadplanetlilərlə uğurlar” ifadəsini işlədiblər.

Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Chosen
66
Ajans.az

1Sources