EN

İsveçrəli məşqçi karyerasını bitirdi

Məşhur isveçrəli mütəxəssis Lüsien Favre məşqçilik karyerasını başa vurdu.

İdmanxeber.az xəbər verir ki, 66 yaşlı çalışdırıcı bunu “Blick”ə təsdiqləyib. Favre müasir futboldakı sürətli dəyişiklikləri səbəb göstərərək peşəkar futboldan çəkildiyini bildirib.

O, son olaraq 2020-ci ildə “Borussiya” Dortmundda çalışıb. Favre karyerasında iki İsveçrə çempionluğu, ölkə kuboku və Almaniya Superkuboku qazanıb, həmçinin “Nitsa” və Mönhenqladbax “Borussiya”sına rəhbərlik edib.

Chosen
8
idmanxeber.az

1Sources