Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə köç davam etdirilir...
Poliqon xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Həsənriz kəndinə 10 ailə - 54 nəfər köçürülür. Köç karvanı Tərtər rayonundan yola salınıb.
Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Poliqon.info