EN

Pirəkəşkül və Ağdərədə döyüş sursatları məhv ediləcək – əhaliyə XƏBƏRDARLIQ

Pirəkəşkül qəsəbəsi və Ağdərə rayonu ərazisində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Doğru.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məhvetmə prosesi 22–26 dekabr tarixlərində təhlükəsizlik qaydalarına tam riayət olunmaqla həyata keçiriləcək.

Qeyd olunub ki, döyüş sursatları Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisində yerləşən təlim mərkəzində məhv ediləcək.

MN əhali arasında mümkün təşvişin qarşısını almaq məqsədilə partlayış səsləri ilə bağlı narahatlığa heç bir əsas olmadığını diqqətə çatdıraraq vətəndaşları sakit olmağa çağırıb.

DOĞRU.AZ

Chosen
39
1
dogru.az

10Sources