EN

Türkiyənin vitse-prezidenti: Qarabağın işğaldan azad edilməsi hamımız üçün tarixi hadisədir

“Bu gün Zəfər abidəsini də ziyarət etdik. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərinə həsr edilən abidədir”.

APA xəbər verir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmazın Şəhidlər xiyabanında “Türk şəhidliyi”ndə jurnalistlərə açıqlamasında deyib.

“Qarabağın işğaldan azad edilməsi bu mənada hamımız üçün tarixi hadisədir. 30 illik işğala son qoyulması və Qarabağın azad edilməsini bu gün bir daha yad etmiş olduq”, - o bildirib.

Chosen
90
1
apa.az

3Sources