EN

Putin rus xalqı haqqında tədqiqat proqramı yaratmağı tapşırdı

Operativ MM saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin Təhsil və Elm Nazirliyinə Rusiya Elmlər Akademiyası (REA) ilə birlikdə 1 mart 2026-cı il tarixinə qədər rus xalqının öyrənilməsinə yönəlmiş tədqiqat proqramı hazırlamağı tapşırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Sərəncamda deyilir ki, Təhsil və Elm Nazirliyi və Rusiya Elmlər Akademiyası "dövlət quran rus xalqının hərtərəfli fənlərarası etnoqrafik tədqiqatı ilə bağlı elmi tədqiqat proqramı" hazırlamalıdır.

Proqramın 2026-2028-ci illərdə həyata keçirilməsi gözlənilir. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
operativmm.az

2Sources