EN

Cövdət Yılmaz: Qarabağın işğaldan azad edilməsi hamımız üçün tarixi hadisədir

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bu gün Zəfər abidəsini də ziyarət etdik. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərinə həsr edilən abidədir”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmazın Şəhidlər xiyabanında “Türk şəhidliyi”ndə jurnalistlərə açıqlamasında deyib.

“Qarabağın işğaldan azad edilməsi bu mənada hamımız üçün tarixi hadisədir. 30 illik işğala son qoyulması və Qarabağın azad edilməsini bu gün bir daha yad etmiş olduq. Türk şəhidliyində də şəhidlərimizi ziyarət etdik. Bu günlərə asan gəlinmir. Böyük fədakarlıqlar və tarix var. Bu gözəl ölkəni bu günlərə gətirən bütün qəhrəmanları yad edirik”, – o bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
1
cebheinfo.az

3Sources