EN

Azərbaycan və Çin turizm əlaqələrini inkişaf etdirir – FOTO 

Azərbaycan nümayəndə heyəti “CITM 2025” beynəlxalq turizm sərgisi çərçivəsində Çinə səfər edib. Dekabrın 17-də Pekində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə Çinin Mədəniyyət və Turizm naziri Sun Yeli arasında görüş keçirilib.

Doğru.az xəbər verir ki, görüşdə iki ölkə arasında turizm əlaqələrinin inkişaf istiqamətləri, viza rejiminin qarşılıqlı aradan qaldırılmasının turist axınına təsiri və Azərbaycanın turizm imkanlarının Çində tanıdılması müzakirə olunub. Fuad Nağıyev Azərbaycanın Çində turizm nümayəndəliyinin açılacağını və “China Ready” proqramı çərçivəsində yerli turizm sənayesinin çinli turistləri qarşılama hazırlıqlarının artırılacağını bildirib.

Sun Yeli isə Azərbaycanın turizm bazarının Çin turistləri üçün maraqlı olduğunu, ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Sərgidə Azərbaycan milli stendi “Ən yaxşı stend” nominasiyasına layiq görülüb və stenddə Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları”, “Şahdağ” Turizm Mərkəzi və digər tərəfdaşlar təmsil olunub.

Görüşdə Azərbaycan səfiri Bünyad Hüseynov, Çin nazirinin müavini Gao Zheng və BMT Turizmin Baş katibi Zurab Pololikaşvili də iştirak edib.

DOĞRU.AZ

image-img-20251222-wa0023 image-img-20251222-wa0032 image-img-20251222-wa0026 image-img-20251222-wa0027 image-img-20251222-wa0034 image-img-20251222-wa0036 image-img-20251222-wa0038

Chosen
93
dogru.az

1Sources