EN

Ankaradan nümayəndə heyəti Dəməşqə gedib

Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığıxəbərəgörə, heyət səfər çərçivəsində Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə və hökumət nümayəndələri ilə görüşlər keçirəcək. Tərəflər Türkiyə və Suriyanın siyasi, iqtisadi və hərbi istiqamətlərdə yenidən qurulan tərəfdaşlığının son bir ilini qiymətləndirəcəklər.
Türkiyə səfiri Suriyada vəzifəsinə başlayıb

Eyni zamanda,Suriyanın yenidən qurulması, "İraq Şam İslam Dövləti" terror təşkilatının dirçəlməsinə qarşı birgə mübarizə, habelə ölkənin cənubunda İsrailin hücumları ilə əlaqədar meydana gələn təhlükəsizlik problemivə başqa məsələlər qiymətləndiriləcək.

Xatırladaq ki, bu gün 12 illik fasilənin ardınca Türkiyənin Suriyada səfirliyi yenidən açılıb, səfir Nuh Yılmaz vəzifəsinin icrasına başlayıb. Sözügedən ikitərəfli görüşlərdə onun da iştirakı gözlənilir.

Firudin Həmidli
AzVision.az
Chosen
46
azvision.az

1Sources