Putin Azərbaycanı təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, onlara və vətəndaşlarına xoşbəxtlik, sülh və firavanlıq arzulayıb.BUTA.TV xəbər verir ki, Putin bunu MDB-nin qeyri-rəsmi sammitində deyib. “Əziz dostlar, hamınızı qarşıdan gələn Yeni il münasibətilə təbrik etmək istərdim. Sizə və ölkənizin vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, sülh, rifah və firavanlıq arzulayıram”,- o bildirib.