EN

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

AFN.az xəbər verir ki, Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncamı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan 76 min ailəni əhatə edəcək. Hər ailəyə 200 manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu məqsəd üçün 15,3 milyon manat vəsait ayrılıb. Yardımlar ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürüləcək və bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.

Ünvanlı sosial yardım proqramı aztəminatlı ailələrin sosial müdafiəsində mühüm rol oynayır. 2018-2025-ci illər ərzində hər ailəyə düşən orta aylıq yardım məbləği 2,4 dəfə artaraq 425 manata çatıb. Ehtiyac meyarının həddi isə 2,2 dəfə artırılaraq 285 manata yüksəlib və növbəti ildə 300 manata çatdırılması nəzərdə tutulur.

Chosen
15
33
afn.az

10Sources