BAKI, 22 dekabr. TELEQRAF
Valideynlərin rəyi məktəbin inkişaf istiqamətlərinə təsir edir.
Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova deyib.
Onun sözlərinə görə, valideynlər “Rəqəmsal məktəb” platformasında övladlarının təhsil aldığı məktəblə bağlı rəy və təkliflərini bildirə bilərlər:
“Bu rəylər məktəb rəhbərliyinin növbəti fəaliyyətini planlaşdırmaqda, inkişaf sahələrini müəyyənləşdirməkdə faydalı rol oynayır. Hazırda bu sistem yalnız Bakı şəhərində tətbiq olunur. Respublikanın digər şəhər və rayonlarında isə valideyn məmnuniyyəti ilə bağlı məlumatlar hələlik kağız formatında toplanır. Lakin gələcəkdə bu platformanın ölkə üzrə genişləndirilməsi nəzərdə tutulur”.