Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Mehriban Qasımova Şuşa Humanitar Kollecinin, Bəşir Əliyev isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Qurumdan Teleqraf-a bildirilib ki, Mehriban Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Xalq çalğı alətləri orkestrinin rəhbəri” ixtisası üzrə ali təhsil alıb.
O, əmək fəaliyyətinə 1987-ci ildə Şuşa Mədəni-Maarif Məktəbində başlayıb, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi fənləri və orkestr dirijorluğu” kafedrasında çalışıb.
Bəşir Əliyev Bakı Dövlət Universitetində “Tarix” ixtisası üzrə bakalavr təhsili alıb, daha sonra ADA Universitetində “Bir müəllimin manifesti” ixtisasartırma proqramını uğurla tamamlayıb.
B. Əliyev 2014-2020-ci illərdə Füzuli rayonu, Yağlivənd kənd tam orta məktəbində tarix müəllimi vəsifəsində çalışıb, 2020-ci ildən son təyinatadək isə Füzuli rayonu, Mollaməhərrəmli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edib.