futbolpress-az saytına istinadən ain.az xəbər verir.
Beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında uğurlu çıxış edən Azərbaycan şahmatçıları mükafatlandırılıb.
Futbolpress.az xəbər verir ki, şahmatçılar Azərbaycan Şahmat Federasiyasının (AŞF) 2025-ci ilin yekunlarına həsr edilən tədbirində mükafatlarına qovuşub.
Şahmatçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov, vitse-prezident Faiq Həsənov təqdim ediblər.
Kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında, qadınlardan ibarət yığma isə dünya çempionatında gümüş medal qazanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.