EN

Piriç qışda gedir? – 300 min avroluq ehtimal

“Neftçi”nin qapıçısı Kenan Piriç qışda komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, bosniyalı qolkiperə Türkiyə və Polşadan maraq var.  Bildirilir ki, “Vidzev”, “Qaziantep” və sabiq komandası “Antalyaspor” 31 yaşlı qapıçı ilə maraqlanır.

Piriçin “Neftçi” ilə müqaviləsi 2027-ci ilin iyununa qədər olsa da, “ağ-qaralar”ın 300 min avroluq təklif daxil olacağı halda danışıqlara açıq ola biləcəyi iddia edilib.

Bu mövsüm Piriç 17 oyunda iştirak edib, 18 qol buraxıb və 6 matçda qapısını toxunulmaz saxlayıb.

Chosen
21
idmanxeber.az

1Sources