EN

Vaşinqton Trampın impiçmentinə hazırlaşır: Böyük xaos gözlənilir

Donald Trampın prezidentliyinin erkən və qalmaqallı şəkildə sona çatması təhlükəsinin böyük olduğu bildirilir.

Publika.az xəbər verir ki, bu barədə yüksək vəzifəli respublikaçılar xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, Demokratlar 2026-cı ildə keçiriləcək aralıq seçkilərində qalib gələrsə, Donald Trampa qarşı impiçment proseduruna başlanılacaq və bu, ölkədə tam xaosa səbəb ola bilər.

“Əgər Nümayəndələr Palatasında çoxluğu itirsək, artıq eşitdiyiniz kimi, radikal solçular Trampı impiçment edəcəklər. Onlar mütləq xaos yaradacaqlar və biz buna imkan verə bilmərik”, - deyə Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.

Spikerin sözlərinə görə, Demokrat Partiyası dövlətin təməllərini və respublikaçıların müdafiə etdiyi dəyərləri “sökməyə” çalışan marksist qüvvələr tərəfindən “ələ keçirilib”. “YouTube” kanalında yayımlanan çıxışında Conson mühafizəkar seçiciləri radikalların hakimiyyətə gəlməsinin qarşısını almaq üçün maksimum dərəcədə birləşməyə çağırıb.

Chosen
30
7
publika.az

8Sources