EN

Misli Premyer Liqasında 2026-cı ilin ilk oyunlarının vaxtı bilindi

Misli Premyer Liqasında 17-ci turun oyun cədvəli məlum olub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu gün keçiriləcək “Sumqayıt” – “Sabah” matçından sonra qış fasiləsinə yollanacaq komandalar 1 aydan sonra yarışa davam edəcəklər.

Mövsümün ikinci hissəsinə yanvarın 23-də keçiriləcək iki oyunla start veriləcək.

23 yanvar (cümə)

“İmişli” – “Araz-Naxçıvan”
Quba OİK stadionu, 14:30
“Neftçi” – “Zirə”
“Palms Sports Arena”, 19:00

24 yanvar (şənbə)

“Şamaxı” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 14:00

“Qarabağ” – “Kəpəz”
“Azersun Arena”, 16:30

25 yanvar (bazar) 

“Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 16:00 

“Sabah” – “Karvan-Yevlax” 
“Bank Respublika Arena”, 18:30 

Chosen
35
29
idmanxeber.az

10Sources