EN

“Sumqayıt” “Sabah”ı qəbul edir – YENİLƏNİR

Misli Premyer Liqasında bu gün ilin son oyunu keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, 16-cı turun 4-cü günündə 1 matç oynanılacaq.

“Sumqayıt” “Sabah”ı qəbul edəcək. Görüş saat 19:30-da başlayacaq. Bu komandalar arasında 1-ci dövrənin matçı 1:1 hesabı ilə yekunlaşıb.

Hazırda turnir cədvəlində “Sabah” 34 xalla 2-ci, “Sumqayıt” isə 27 xalla 4-cüdür. Əgər paytaxt klubu “gənclik şəhəri” təmsilçisinə qalib gəlsə, fasiləyə lider kimi yollanacaq. 

22 dekabr (bazar ertəsi)

19:30. “Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə  
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Chosen
15
idmanxeber.az

1Sources