EN

Bakıda mağazadan telefon belə oğurlandı ANBAAN VİDEO

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Paytaxtda "Qara Qarayev" metrosu ərazisində yerləşən "Minimal" mağazasında oğurluq hadisəsi qeydə alınıb.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, 18 dekabr tarixində mağazadan mobil telefon oğurlanıb.

Hadisə ilə bağlı mağaza rəhbərliyi 25-ci Polis Bölməsinə müraciət edib. Oğurlanan telefonun dəyəri 500 manat olub.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-ə bildirib ki, paytaxtın Nizami rayonunda yerləşən mağazaların birindən oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub:

"Müraciət əsasında təhqiqat araşdırmaları aparılır. Əməli törədən şəxsin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
90
baku.ws

1Sources