Gürcüstanın 82 diplomatik nümayəndəliyindən 36-sı 2025-ci ildə təyin edilib və bu, diplomatik xidmətin normal fəaliyyəti baxımından vacib addımdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Səfirlər Konfransında çıxışı zamanı söyləyib.
Xarici İşlər Nazirliyində fundamental islahatlara start verildiyini bildirən Boçorişvili qeyd edib ki, məqsəd həm təcrübəli diplomatları, həm də müasir çağırışlara cavab verən gənc, savadlı kadrları bir araya gətirərək, daha çevik və effektiv xarici xidmət formalaşdırmaqdır.