EN

Baş nazir Fitso Slovakiyanın ən uzun avtomobil tunelinin açılışını qeyri-adi şəkildə etdi

Slovakiyanın Baş naziri Robert Fitso 27 il davam edən tikinti işlərindən sonra açılan "Vişnyove" yeraltı tunelində roller konkilər sürüb.

Moderator.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ siyasÉ™tçi "Facebook" sosial ÅŸÉ™bÉ™kÉ™ sÉ™hifÉ™sindÉ™ paylaşım edib.

"Bu gün "Vişnyove" tunelinin slovakların həyatını yaxşılaşdıracağına görə sevinənlərə qoşuluram - siyasətin əsas missiyası da məhz budur", - deyə Fitso yazıb.

Qeyd edək ki, 1990-cı illərin sonlarında başlayan tikinti prosesi çoxsaylı fasilə və gecikmələrlə 27 ildən çox davam edib. 7,5 km uzunluğunda olan tunel yeni 13,5 km-lik avtomagistral hissəsinin əsas elementidir və Slovakiyanın ən uzun avtomobil tuneli hesab olunur.

Chosen
47
2
moderator.az

3Sources