EN

“Trabzonspor” qış fasiləsinə məğlubiyyətlə yollandı

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Futbol üzrə Türkiyə Superliqasında XVII tura yekun vurulub.

"Unikal" xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında "Başakşəhər" "Qaziantep"i 5:1 hesabı ilə darmadağın edib.

Turun bağlanış oyununda isə "Trabzonspor" səfərdə "Gənclərbirliyi" klubuna uduzub - 3:4.

Bununla da Superliqada mövsümün ilk hissəsinə yekun vurulub.

Qeyd edək ki, 2025-ci ili "Trabzonspor" 35 xalla 3-cü, "Başakşəhər" 23 xalla 7-ci, eyni xala malik "Qaziantep" 9-cu, "Gənclərbirliyi" isə 18 xalla 11-ci pillədə başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
5
unikal.az

9Sources