EN

Minlərlə tutuquşu şəhəri yaşıl rəngə boyadı : Görənlər valeh olur

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

London bu qışın ən yaşıl ağacını “kəşf edib”. Ancaq bu ağacın budaqları yarpaqlarla deyil, minlərlə adi tutuquşu ilə örtülüb. Axşam saatlarında sürülərlə bir yerə toplaşan quşlar ağacı sıx yarpaqlı bir cənnət görüntüsünə salır.

Sherg.az xəbər verir ki, Hindistan və Afrikadan gələn bu quşlar 1960–1970-ci illərdə zooparklardan və ev heyvanı mağazalarından qaçaraq Britaniyada məskunlaşıblar. Yumşaq iqlim və təbii yırtıcıların olmaması sayəsində onların sayı on minlərlə artıb.

Qış aylarında tutuquşular şəhər parklarında toplaşır, gün batımında isə parlaq və rəngarəng sürülər əmələ gətirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
30
sherg.az

10Sources