EN

“Napoli” İtaliya Super Kubokunun qalibi oldu – ARENA.AZ

Ötən mövsüm İtaliya çempionu olmuş “Napoli” futbol üzrə İtaliya Super Kubokunun 2025-2026-cı illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, Neapol təmsilçisi bu gün super kubokun final görüşündə “Bolonya” ilə üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunmuş qarşılaşmada neapollular inamlı qələbəyə seviniblər. David Neres hər hissədə bir qol vurmaqla həm dublunu rəsmiləşdirib, həm də komandasına super kubok qazandırıb.

“Napoli” tarixində üçüncü dəfə İtaliya Super Kubokunun qalibi olub. Bu komanda daha öncə 1990-cı və 2014-cü illərdə də oxşar uğura imza atmışdı.

İtaliya Super Kubokunu ən çox (9 dəfə) “Yuventus” qazanıb. “Milan”la “İnter” 8, “Latsio” isə 5 dəfə super kubok sevinci yaşayıb.

İtaliya Super Kuboku
Final
22 dekabr

Napoli – Bolonya 2:0
Qollar: David Neres, 39; 57.

Chosen
32
2
arena.az

6Sources