EN

PSJ ona ömürlük müqavilə təklif etmək istəyir

PSJ rəhbərliyi klubun baş məşqçisi Luis Enrikeyə ömürlük müqavilə təklif etmək niyyətindədir.

“Hakimiyyet.az ” xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Belə ki, parislilər Enrikeni komanda üçün ideal məşqçi hesab edirlər. 55 yaşlı mütəxəssisin PSJ ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, L. Enrike 2023-cü ildən PSJ-də çıxış edir. Bu müddət ərzində parislilər iki dəfə çempionluq, Fransa kuboku və Fransa Superkubokunun, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub.(qafqazinfo)

Chosen
20
4
hakimiyyet.az

10Sources