ain.az bildirir, Azpost saytına əsaslanaraq.
ABŞ hərbçiləri Sakit okeanda narkotik daşıdığı iddia edilən daha bir gəmiyə zərbə endirib. Məlumata görə, hücum beynəlxalq sularda, Sakit okeanın şərq hissəsində həyata keçirilib.
AzPost xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı bildirib ki, əməliyyat kəşfiyyat məlumatı əsasında icra olunub. Bildirilir ki, az görünən həmin gəmi narkotik qaçaqmalçılığı üçün istifadə olunan tanınmış marşrut üzrə hərəkət edib və narkokartel üzvləri tərəfindən istismar olunub.
Zərbə nəticəsində azı bir nəfərin həlak olduğu açıqlanıb.
ABŞ ordusu həmçinin qeyd edib ki, hücum dekabrın 22-də “Cənub nizəsi” əməliyyatı çərçivəsində yaradılmış Birləşmiş Əməliyyat Qrupu tərəfindən həyata keçirilib. Zərbənin endirilməsi barədə göstərişi ABŞ-ın müdafiə naziri Pit Heqset verib.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.