Bakı. Trend:
m10, Mastercard ilə əməkdaşlıq çərçivəsində ilk rəqəmsal ödənişkartını təqdim edib. Yeni m10 kartı dərhal tətbiqdə aktivləşir vəistifadəçinin mövcud cüzdan balansını əks etdirir, əlavə hesabaçmağa ehtiyac qalmır. Kart həmçinin Apple Pay və Google Pay ilətam uyğundur, bu da istifadəçilərə qlobal ödəniş imkanları vərahat, problemsiz rəqəmsal ödəniş təcrübəsi təqdim edir.
Tətbiqdə Birbaşa Aktivləşdirmə
Təsdiqlənmiş (KYC-dən keçmiş) istifadəçilər üçün rəqəmsal m10 karttətbiqdə bir toxunuşla aktivləşir və dərhal onlayn, oflayn vəxaricdə ödənişlər üçün hazır olur. Yeni hesab açmağa və əlavəqeydiyyatdan keçməyə ehtiyac yoxdur — istifadəçi tətbiqi açan kimikart işləyir.
İnsan Mərkəzli, Dinamik Təcrübə
m10 kart, istifadəçilərin gündəlik əməliyyatlarını daha interaktivetmək üçün real vaxtda emosiyalar göstərə bilir. Kart “yatmaq”,“xoşbəxt” və ya “ağlamaq” kimi reaksiyalar verə bilər,istifadəçinin hərəkətlərinə əyləncəli və insan mərkəzli reaksiyatəqdim edir.
Hər Yerdə, Hər Zaman İstifadə Edin
Mastercard dəstəyi ilə m10 kart:
- Apple Wallet və Google Wallet-ə əlavə edilə bilər
- Apple Pay və Google Pay ilə ödəniş imkanı verir
- Mastercard qəbul olunan bütün məkanlarda təmassız ödənişləridəstəkləyir
- İnternet bağlantısı olmadan da işləyir
- Xaricdə də istifadə edilə bilər
- Bütün Mastercard endirim və təkliflərindən faydalanmaqmümkündür
Hər Şey Təkmilləşir
Mövcud m10 xüsusiyyətləri — ani QR ödənişləri, m10 cüzdanlararasında köçürmələr, bank kartı əlavə etmə, Bakikart və CityCardməbləğ yükləmə əməliyyatları, beynəlxalq ödənişlər və bu kimi birçox xidmətlər dəyişməz qalır. Yeni rəqəmsal kart isə m10-u gündəlikmaliyyə işlərində daha da güclü bir rəqəmsal yoldaş edir.
m10 rəqəmsal kartını kəşf edin: m10.az/digital-card
m10 haqqında
m10, Azərbaycanın və Qafqazın ilk tam inteqrasiya olunmuşrəqəmsal ekosistemi olan Bir ekosistemi tərəfindən hazırlanmışrəqəmsal cüzdan və fintex həllidir. 2022-ci ildən istifadəyəverilmiş m10 fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarınısadələşdirməyi, vəsaitlərin idarə edilməsini və ödənişlərin həyatakeçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyihədəfləyir.
Ətraflı məlumat: m10.az
Mastercard haqqında
Mastercard 200-dən çox ölkə və ərazidə iqtisadiyyatlarıgücləndirir və insanlara imkanlar yaradır. Müştərilərimizləbirlikdə, hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyatqururuq. Rəqəmsal ödənişlərin geniş spektrini dəstəkləyərəkəməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik.Texnologiyamız, innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkəmizsayəsində insanlar, bizneslər və dövlətlər üçün unikal məhsul vəxidmətlər təklif edirik.
Ətraflı məlumat: www.mastercard.com