EN

ABŞ Sakit Okeanda narkotik daşıyan gəmiyə zərbə endirib

Hərbi əməliyyatlarda ölüm faktı qeydə alınıb...

ABŞ hərbçiləri Sakit Okeanın şərq hissəsində narkotik daşıyan növbəti gəmiyə zərbə endirib, nəticədə ekipajın bir üzvü həlak olub.

Poliqon xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı Xəbər Agentliyinin sosial şəbəkə hesabında məlumat verilib.

Məlumata görə, dekabrın 22-də Müdafiə naziri Pit Hegsetin göstərişi ilə Southern Spear birgə əməliyyat qrupu beynəlxalq suların ərazisində fəaliyyət göstərən və terror təşkilatları tərəfindən istifadə olunan görünməz gəmiyə ölümcül kinetik zərbə endirib. ABŞ hərbçiləri arasında itki olmayıb.

Amerika mətbuatının hesablamalarına görə, Southern Spear əməliyyatı çərçivəsində narkotik daşıdığı ehtimal olunan gəmilərə zərbələr nəticəsində ən azı 105 nəfər həlak olub. Əməliyyatın əsas məqsədi narkotik dövriyyəsini azaltmaqdır.

ABŞ son bir neçə ay ərzində Venesuelaya qarşı təzyiq kampaniyası aparır; bu kampaniyaya minlərlə hərbçinin və aviadaşıyıcı döyüş qrupunun Karib dənizinə göndərilməsi, narkotik daşıyıcılarına zərbələr və Venesuela prezidenti Nikolas Maduroya qarşı təkrar hədələr daxildir.

Poliqon.info

Chosen
88
poliqon.info

1Sources