Bakı. Trend:
2000-ci illərin sonlarından bu yana Türkiyə ilə Azərbaycanarasında ticarət dövriyyəsi 2,4 milyard dollardan 8 milyard dollarayüksəlib.
Trend xəbərverir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat bu gün Bakıdakeçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.
"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonraTürkiyə–Azərbaycan münasibətlərinin bu qədər yüksək səviyyəyəqalxması və Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər hamımızısevindirir və qürurlandırır.
Türkiyə–Azərbaycan iqtisadi əlaqələri xüsusilə enerji sahəsindəböyük irəliləyişlər əldə edib. Bakı–Tbilisi–Ceyhan neft kəməri,Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP və TAP kimi stratejilayihələr uğurla həyata keçirilib. Eyni zamanda Bakı–Tbilisi–Qarsdəmir yolu layihəsi münasibətlərimizə mühüm infrastruktur töhfəsiverib. Ticarət sahəsində də oxşar şəkildə sürətli inkişaf müşahidəolunur", - nazir vurğulayıb.
Ö. Bolat qeyd edib ki, 2000-ci illərin sonlarından bu yanaTürkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,4 milyarddollardan 8 milyard dollara yüksəlib, yəni üç dəfədən çox artımqeydə alınıb: "Məmnunluqla qeyd edirik ki, Türkiyə Azərbaycanınixracında ikinci yerə yüksəlib. Azərbaycanın idxalında isə Türkiyəüçüncü sıradadır.
Hədəfimiz qarşılıqlı ticarətdə birinci yerə yüksəlmək olmalıdır.Çünki Azərbaycan həm Müstəqil Dövlətlər Birliyi ölkələrinə, həm dəxüsusilə Türk dünyası dövlətlərinə çıxış baxımından mühüm stratejiqovşaq mövqeyinə malikdir. Enerji xətləri və yaxın zamandatamamlanacağına ümid etdiyimiz Zəngəzur dəhlizi vasitəsiləTürkiyənin Orta Asiya və Uzaq Şərqə daha sürətli çıxışı mümkünolacaq. Eyni zamanda Orta Dəhliz Azərbaycan və Türkiyə üzərindənkeçərək dünya ticarətində sürətləndirici təsir yaradacaq, bölgəölkələri və şəhərlərində ticarət, istehsal və investisiyacanlanmasına səbəb olacaq".