EN

Türkiyə–Azərbaycan arasında azad ticarət sazişinin imzalanması mümkün olacaq - Nazir

Bakı. Trend:

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq siyasi vədiplomatik münasibətlərdə olduğu kimi yüksək səviyyədə davam edir.Tərəflər iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlıticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması məqsədiləfəal iş aparırlar.

Trend xəbərverir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat bu gün Bakıdakeçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsindəjurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iki ölkə artıq siyasi, sosial və diplomatikbaxımdan vahid mövqedən çıxış edir və müttəfiqlik münasibətləriiqtisadi sahədə də konkret nəticələr verir:

"İqtisadi əməkdaşlığın real icraçıları olan sahibkarlar,sənayeçilər, idxalçılar və ixracatçılar üçün də istiqamətvericiaddımlar atılır.

Rəsmi məlumata görə, hazırda Azərbaycanda 7 minə yaxın Türkiyəşirkəti fəaliyyət göstərir və bu şirkətlərin ümumi investisiyahəcmi 18 milyard dollara çatır. Eyni zamanda, Türkiyədə 3 minəyaxın Azərbaycan şirkəti mövcuddur və onların yatırımları 21milyard dollar təşkil edir. Hər iki tərəf qarşılıqlıinvestisiyaların artırılmasında maraqlıdır və yaranan problemləroperativ şəkildə həll edilir".

Nazir Türkiyə ilə Azərbaycan arasında mövcud preferensialticarət sazişindən gələcəkdə azad ticarət sazişinə keçidperspektivlərinə də toxunub:

"2021-ci ildə qüvvəyə minmiş Preferensial Ticarət Sazişi və2024-cü ildən tətbiq edilən əlavə protokol ticarət dövriyyəsinəmüsbət təsir göstərib. Hazırda iki ölkənin texniki qrupları azadticarət sazişi üzrə təsir analizləri və qiymətləndirmə işləriaparır.

Rəsmi mövqe ondan ibarətdir ki, vaxtı çatdıqdaTürkiyə–Azərbaycan arasında azad ticarət sazişinin imzalanması damümkün olacaq".

Məqalədə:
Chosen
96
az.trend.az

1Sources