EN

İçərişəhərdə video çəkilişlərin aparılması ilə bağlı yeni qaydalar olacaq

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın müddətdə İçərişəhərdə video-çəkilişlərin aparılması ilə bağlı yeni qaydalar istifadəyə veriləcək.

Bunu "Report"un sualına cavab olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin üzvü Fuad Xəlilov ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, burada ikinci məsələ çəkilişlərin aparılması ilə bağlıdır:

"Biz də istəyirik ki, İçərişəhər ərazisində çəkilişlər aparılsın, amma burada müəyyən bölgü və qaydalar var. Yəni hər hansı bir bloqçu təşəbbüs göstərib gəlmək və burada çəkiliş etmək istəyirsə, təbii ki, biz onu qarşılamağa hazırıq. Amma hər hansı ağır texnikadan, xüsusi vasitələrdən istifadə olunacaqsa, buna baxmalı, araşdırmalı və onlara uyğun şərait yaratmalıyıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
azpolitika.info

2Sources