EN

Rus əsgərlərin yeni taktikası: at belində hücum - FOTO

Rusiya qoşunları Ukrayna mövqelərinə at üzərində hücum etməyə başlayıb. Bu, dronların dominantlığı qarşısında onların döyüş taktikalarının necə dəyişdiyini nümayiş etdirir.

Herbiand.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Ukrayna hərbçiləri at üzərində olan bir qrup rus əsgərinin onların mövqelərinə doğru irəlilədiyini görüblər. Dronlar onları tapdıqdan sonra atlı əsgərlərə zərbə endirilib. Əsgərlərdən biri qaçmağa çalışsa da müvəffəq olmayıb. Partlayış başqa bir atı qorxudub və üstündəki əsgəri yerə ataraq qaçıb. Üçüncü atlının isə taleyi qeyri-müəyyən qalıb.

Bəxtiyar CƏFƏRLİ

Chosen
24
herbiand.az

1Sources